10 martda Binəqədi Rayon İcra Hakimiyyəti və Müslim Maqomayev adın 26 saylı Onbirillik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Musiqidə əbədiləşən ömür” adlı tədbir həyata keçirildi.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Azərbaycan Respublikasının əməkdar artisti Aygün Bəylər, Müslim Maqomayev adın 26 saylı Onbirillik Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva və məktəbin pedoqoji kollektivi, şagirdlər və valideynləri iştirak edirdilər.
Tədbir Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Tədbirdə Elxan Məmmədlinin ifasında "Azərbaycanım"(R.Hacıyev), Gülyaz Həsənzadənin ifasında "Dünya sənin, Dünya mənim"(N.Musayev), violində Səid Məmmədov, Aylin Məmmədli və "Buta" qanun çalanlar ansamblının ifalarında sözləri S.Əliyevanın olan "Ana" musiqisi, Tunar Əmirovun ifasında xalq mahnısı "Küçələrə su səpmişəm", tarda Azadi Sübhanın ifasında "Çahargah” rapsodiyası (H.Rzayev), Turan Səfərovanın "Sən elə bir zirvəsən"( Kamal), Gülyaz Həsənzadənin ifasında "Alagöz"( C Cahangirov), Ağabəyli Mehribanın ifasında "Sənə də qalmaz"( T.Quliyev), "Fantaziya" violin çalanlar ansamblının ifalarında "Azərbaycan" (M.Maqomayev), Gülyaz Həsənzadə, Tunar Əmirov, Elxan Məmmədlinin ifalarında "Qarabağ şikəstəsi" səslənib.
Sonda Əməkdar artist Aygün Bəylər Heydər Əliyevlə bağlı xatirələri yada salıb:
“1998-ci ildə məhz ümummilli liderimiz Heydər Əliyev məni Əməkdar artist fəxri adı ilə təltif edib. Ümummilli Lideimiz bizim xatirələrimizdə hər zaman yaşayıb, yaşayır və yaşayacaqdır”.
Daha sonra Aygün Bəylər Ümummili Liderin ən çox sevdiyi mahnılardan biri olan “Tut ağacı” mahnısını ifa etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirdilər ki, dünya şöhrətli siyasətçi, xalqımızın Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi.
Sonda qonaqlar və kollektivlə xatirə fotosu çəkildi.



Son xəbərlər
Son Xəbərlər