Binəqədidə iftar süfrəsi açılıb - Foto

bineqedide-iftar-sufresi-acilib
Oxunma sayı: 1194

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri Kəmaləddin Qafarov, Azay Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi RİH başçısı Aparatının əməkdaşları, Rayon Bələdiyyələrinin sədrləri, ağsaqqallar, ziyalılar, din xadimləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və fəal gənclər iştirak edib. İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlanılıb.

Çıxış edənlər dərin milli-mənəvi təməl üzərində müasir inkişaf yolu seçmiş dövlətimizdə İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu bildiriblər. Onlar Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin mehribanlıq, əmin-amanlıq şəraitində yaşadığını, qeyd ediblər. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən dinlərarası münasibətlərin dünya üçün böyük əhəmiyyət daşıdığı fikri səsləndirilib.

Daha sonra mərasimdə Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəyə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.