Binəqədidə körpələr evində Bayraq Günü keçirilib - Foto

Binəqədidə körpələr evində Bayraq Günü keçirilib
Oxunma sayı: 481

Binəqədi Rayonu İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və 138 saylı körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə 138 saylı körpələr evi-uşaq bağçasında “9 noyabr Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova, bağçanın kollektivi və valideynlər iştirak edib.

Tədbiri açıq elan edən 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova qonaqları salamlayaraq, uşaqların hər birinə uğurlar diləyib.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı müavini Aygün Əliyeva tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib. A.Əliyeva müstəqillik bərpa edildikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini bildirib. 

Daha sonra 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları ifasında “Azərbaycan bayrağına” həsr edilmiş maraqlı kompazisiyalar, rəqs, şeir, nümunələri nümayiş etdiriblər. Tədbirin sonunda balacaların iştirakı ilə xatirə şəkili çəkdirilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi