Binəqədidə Müəllimlər Günü qeyd olundu - Fotolar

bineqedide-muellimler-gunu-qeyd-olundu
Oxunma sayı: 1360

Binəqədi rayonunda 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, RİH başçısının müavinləri Sevinc Süleymanova və Hacıbaba Babayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri Günay Qurbanova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisəslərinin rəhbərləri və məktəblilərin təlim-tərbiyəsi işində qazandığı nailiyyətlərə görə fərqlənən müəllimlər iştirak ediblər.

Tədbir topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edilib.

Tədbiri giriş nitqi ilə açan icra başçısı Elxan Allahverdiyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb və qeyd edib ki, müəllim peşəsini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.

Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir.

Sonda Rayon İcra Hakimiyyəti tərəfindən təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisinə Fəxri fərman və hədiyyələr təqdim olunub.