Binəqədidə qadın meyiti tapıldı

bineqedide-qadin-meyiti-tapildi
Oxunma sayı: 834


“Qafqazinfo” xəbər verir ki, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən edilib.

L.Oşitovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.