Binəqədidə qaz təchizatında fasilə yarandı - Foto

bineqedide-qaz-techizatinda-fasile-yarandi
Oxunma sayı: 1034

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində qaz xəttini yararsız hala salıb.

“Qafqazinfo” xəbər verir ki, qəza səbəbindən 1500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 Həmçinin, Şirvan şəhərinin Şirvani küçəsində də Şaqman markalı yük avtomobili qəza törədərək qaz xəttinin yol keçidi hissəsini yararsız hala salıb. 150-ə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. 

Qısa zamanda hər iki qəza ilə əlaqədar qeyd olunan ərazilərdə qaz təchizatının bərpası üçün təmir işləri aparılır.