“Qafqazinfo” xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilin eyvanına enərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanmış, və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:24-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər