Binəqədidə qəza tıxaca səbəb oldu - Fotolar

bineqedide-qeza-tixaca-sebeb-oldu
Oxunma sayı: 3319

Binəqədidə yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun "Baksoll" deyilən ərazisində qeydə alınıb.

Belə ki, axşam saatlarında Kamaz markalı yük maşını aşaraq yolu bağlayıb. Nəticədə gediş-gəlişdə ciddi manelər yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, məsələdən xəbərdardırlar: "Hadisə yeni olub. Lazımi tədbirlərin görülməsi üçün əraziyə bütün əməkdaşlarımızı səfərbər etmişik".

Nizam Rza