Binəqədidə “Qurtuluşdan zəfərə” adlı tədbir keçirilib - Foto

bineqedide-qurtulusdan-zefere-adli-tedbir-kecirilib
Oxunma sayı: 2558

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 İyun- Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, fəalları və Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açıb: “1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək”.

Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının və Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib.