Binəqədi rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilən baş leytenant Cəmil Nəcəf oğlu Nəcəfov ordeninin təqdimetmə mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhidin atası Nəcəf Nəcəfov, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Cəmil Nəcəfov təltif edilib:
“Qarabağ ordeni”nini şəhid baş leytenant Cəmil Nəcəfovun atası Nəcəf Nəcəfova Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidməti İdarəsinin rəisinin müavini general-mayor Yusif Mirzəyev təqdim edib.
Daha sonra “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək bildirib ki, şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir: “Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır”.




Son xəbərlər
Son Xəbərlər