Binəqədidə “Son zəng” tədbirləri təşkil olundu - Foto

bineqedide-son-zeng-tedbirleri-teskil-olundu
Oxunma sayı: 2340

Bu gün Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, rayonun 83 saylı məktəb-liseydə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, təhsil nazirinin müavini Muxtar Məmmədov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı şəhəri üzrə təhsil idarəsinin müdir müvini Xəyalə Əhmədzadə, 83 saylı məktəb - liseyinin direktoru Almaz Bayramova, məktəbin müəllim, şagird, valideyn kollektivi və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan 83 saylı məktəb – liseyinin direktoru Almaz Bayramova 2021-2022-ci tədris ili ərzində məktəbin əldə etdiyi nailiyyətlərindən, şagirdlərin müvəffəqiyyətlərindən danışaraq, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov təhsilə olan dövlət qayğısını xüsusi vurğulayraq, yeni məktəblərin istifadəyə verilməsinin yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Nazir müavini təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və məktəblərin 2021-2022-ci tədris ilinin uğurlarından söhbət açaraq, “Son zəng” münasibətilə məzunları təbrik edib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bu il “Son zəng”i çalınan məktəbliləri Qalib Dövlətin qalib övladları olaraq məzun olmaları münasibətilə ürəkdən təbrik edərək, bu zəngin onların ilk müstəqil addımlarının və uğurlarının təməli olduğunuı, onların ölkəmizə və vətənimizə layiqli vətəndaş olacaqlarına əmin olduğunu qeyd edərək, səslərinin uca zirvələrdən gəlməsini, çalınan “Son zəng”in məktəbin son, məzunların uğurlarının isə ilk sədası olmasını diləyərək, onlara tələbə adı qazanmağı arzu edib.

Növbəti çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bu gün məzun olan şagirdlərin Azərbaycanın gələcəyi olduğunu, onların üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəklərinə və etimadı doğruldacaqlarına inandığını bildirib və gələcək həyatlarında onlara uğurlar arzu edib.

Tədbir məzunların hazırladıqları musiqi parçaları, rəqs nömrələri və mədəniyyət işçilərinin gənclərə hədiyyə etdikləri yeni musiqi nümunələrinin nümayişi ilə davam edib