Binəqədi rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli mansarda tipli binada yanğın olub.
“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, binanın (1-ci mərtəbəsi mağaza, mansardası tədris mərkəzi kimi fəaliyyət göstərir) mansardasının tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər