Binəqədidə veteranlarla görüş keçirildi - Fotolar

bineqedide-veteranlarla-gorus-kecirildi
Oxunma sayı: 1345

Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 73 illiyi münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşüb.

X.İsgəndərov qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulayıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib.

Daha sonra çıxış edənlər son illərdə müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.