Binəqədidə videomüşavirə keçirilib

bineqedide-videomusavire-kecirilib
Oxunma sayı: 1697

İyunun 1-də Binəqədi rayonunda ölkə başçısı İlham Əliyevin 22-30 iyun 2020-ci il tarixlərində keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə “Məlumat saatı” formatında videomüşavirə keçirilib.

“Qafqazifo” xəbər verir ki, müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib.

Açılış Nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ölkədə COVİD 19 pandemiyasına qarşı aparılan mübarizənin qısa zamanda bəhrəsini verəcəyinə əmin olduğunu bildirib:  “İlham Əliyevin dünyada yaranmış COVİD 19 böhranının həlli istiqamətində də təkcə ölkəmizdə deyil, dünyada da mühüm rol oynadığını bilirik. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Avropa İttifaqı isə ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə beynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi. Digər vacib məqam isə Azərbaycanın bir sıra ölkələrə yardım göstərməsidir. Azərbaycan indiyə qədər 30-dan çox ölkəyə humanitar yardım göstərib. Həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvüdürlər. Bundan əlavə, Azərbaycan fərdi qaydada müvafiq beynəlxalq təşkilatlara da ianə verib”.
 
O,  Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi, Prezidentin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirildiyini xatırladıb.