Binəqədidə “Xilaskar” adlı tədbir keçirildi - Fotolar

bineqedide-xilaskar-adli-tedbir-kecirildi
Oxunma sayı: 2204

Dünən Binəqədi Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə 15 İyun–Azərbaycan Xalqının Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı tədbir keçirildi.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev iştirak edib.

Tədbirdə İctimai-siyasi Sənədlər Arxivində mühafizə olunan 1969-1982-ci illərə aid qiymətli sənədlər əsasında hazırlanmış və Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Quruculuq salnaməsi. Başlanğıc...” adlı sənədli xronika nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bildirdi ki, xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki ümummilli lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda dövlət başçımız cənab İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır.

Tədbirin bədii hissəsində Azərbaycan və Özbəkistan Respublikasının xalq artistlərii-Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Azərbaycan Respublikasının xalq artisti İlqar Muradov sevilən nəğmələrini ifa ediblər.