Bakı şəhərinin Binəqədi rayonu ərazisində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, ərazidə olan təkər tullantıları yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır. Əlavə məlumat veriləcək.
***
7-ci mikrorayonda açıq ərazidə 50 m² sahədə təkər tullantıları yanıb. Yanğın saat 12:55-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər