Binəqədidə yolda meyit tapıldı

bineqedide-yolda-meyit-tapildi
Oxunma sayı: 2183

Binəqədi rayonu ərazisində meyit tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, Azadlıq prospekti 20/180 ünvanının qarşısında kişi meyiti aşkarlanıb.

İlkin araşdırmalardan sonra ölən şəxsin Zəngilan rayon sakini, 1973-cü il təvəllüdlü Habil Süleymanov olması müəyyən edilib. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza