Binəqədidə yük maşını yandı

bineqedide-yuk-masini-yandi
Oxunma sayı: 1056

Bakı şəhərinin Binəqədi rayonunda yük avtomobili yanıb. 

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, “Ford” markalı (qəzalı) maşınının yanar hissələri yanıb, yüksək temperaturdan “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtomobilinin 1 ədəd arxa fənəri və buferi əriyib. 

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.