Binəqədidə Zərifə Əliyevanın anım tədbiri keçirilib

bineqedide-zerife-eliyevanin-anim-tedbiri-kecirilib
Oxunma sayı: 1363

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş iki hissədən ibarət anım tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, deputatlar Azay Quliyev, Kamaləddin Qafarov, icra başçısının birinci müavini İlqar Süleymanov, müavinlər - Vüsar İsmayılov, Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Onkooftalmologiya bölməsinin müdiri Rühəngiz Balayeva Zərifə Əliyeva adına parkda görkəmli alimin abidəsini ziyarət ediblər.

Tədbir iştirakçıları abidə önünə əklil qoyaraq Zərifə xanımın əziz xatirəsini ehtiramla yad ediblər.

İkinci hissə isə “ZOOM” platformasında “İşıqlı xatirələrdə yaşayır” adlı tədbirlə onlayn formatda davam etdirilib.

Tədbir sonda iştirakçıların da birgə müzakirəsi ilə davam etdirilib.