Binəqədidəki “Şərq”də kişini çaydanla öldürdülər

bineqedideki-serqde-kisini-caydanla-oldurduler
Oxunma sayı: 1409

Oktyabrın 17-də saat 7 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Ələkbərovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalarla oktyabrın 16-da saat 22 radələrində həmin ünvanda yerləşən “Şərq” çay evində S.Ələkbərovla paytaxt sakini C.Abbasov arasında münaqişə baş verməsi və sonuncunun onu çaydanla vurmasından ölməsi müəyyən edilib.
 
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən C.Abbasov saxlanılıb.