İngiltərə təyyarələri Xankəndidə

ingiltere-teyyareleri-xankendide-
Oxunma sayı: 643

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, qondarma Dağlıq Qarabağ Respublikasının vətəndaş aviasiyasının idarə rəisi Dmitri Adbaşyan bilirib ki, xarici mütəxəssislər tərəfindən aparılacaq treninqlərdə bir qrup mütəxəssislər P3D çoxfunksiyalı sistemin tətbiqi işinə, digər qrup isə Finlandiyadan gətirilən dördüncü nəsil meteoavadanlıqların quraşdırılmasına yardım edəcək. Hazırda erməni tərəfi yeni aeroport üçün təyyarələrin gətirilməsi ilə məşğuldur. Adbaşyanın sözlərinə görə, Xankəndi aeroportu üçün Britaniya şirkəti olan "British AeroSpace” istehsalı olan təyyarələrdən istifadə olunacaq. Adbaşyan hava limanının tikintisində əsas işlərin başa çatdığını, ilin ortalarında istismara veriləcəyini qeyd edib.

Səidə