Binoklla sərhədlərimizə baxdılar - Video

binoklla-serhedlerimize-baxdilar
Oxunma sayı: 4377

Yanvarın 25-i günorta saatlarında Ermənistanın Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə üzərində Avropa İttifaqının bayrağının olduğu 1 ədəd Pikap tipli və 1 ədəd “Toyota Land Cruiser LX” markalı avtomobillərin gəlməsi müşahidə edilib. 

“Qafqazinfo”nun məlumatına görə, Avropa İttifaqının nümayəndələri tərəfindən binokl vasitəsilə əraziyə baxış keçirilib, sərhədlərimiz istiqamətində foto və videoçəkiliş aparılıb.