“İnter” “Neftçi” ilə oyuna ehtiyat futbolçularını gətirir

inter-neftci-ile-oyuna-ehtiyat-futbolcularini-getirir
Oxunma sayı: 632

“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı İtaliya mətbuatı yayıb.

Belə ki, həftəsonu "Milan"la A seriyasındakı derbi matçını nəzərə alan Andre Stramoççini bəzi aparıcı futbolçularına istirahət vermək istəyir. Konkret olaraq, söhbət Diyeqo Milito, Estaben Kambyasso, Rikardo Alvares, Havyer Zanetti və ya Yuto Naqamotodan gedir.

Bundan başqa, Stramoççininin zədəsini yenicə sağaldan argentinalı Rodriqo Palasionu Bakıya gətirməyəcəyi dəqiqləşib.

İtaliya mətbuatı yazır ki, "Milan"la oyun ərəfəsi Bakıya məcburi səfər "İnter"i narahat edir. Çünki onlar Avroliqanın görüşünə “Milan” derbisi qədər önəm vermirlər.

Qeyd edək ki, "İnter" "Milan" qarşılaşması "Neftçi" ilə görüşdən üç gün sonra, oktyabrın 7-də baş tutacaq.