“BioNTech” 2021-ci il üçün COVİD peyvəndinin dozasını artırdı

biontech-2021-ci-il-ucun-covid-peyvendinin-dozasini-artirdi
Oxunma sayı: 1709

“Pfizer” və “BioNTech” dərman şirkətləri 2021-ci ilin sonunadək 2 milyard doza COVID-19 peyvəndi istehsal edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "BioNTech"in qurucusu və icraçı direktoru professor Uğur Şahinin investorlar üçün  "Yeni Nəsil İmmunoterapiya" adlı  hazırladığı təqdimatda bildirilib.

Qeyd edək ki, daha əvvəl şirkət 2021-ci il üçün 1,3 milyard doza peyvənd istehsal edəcəklərini açıqlamışdı.