iPhone 5 bu axşam gəlir

iphone-5-bu-axsam-gelir
Oxunma sayı: 687

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Apple mərkəzində təşkil olunacaq “Lets Talk iPhone” adlı təqdimatda sağlamlığında yaranmış problemlərdən işdən çıxmış Steve Jobsun yerinə şirkətin yeni meneceri Tim Cook kameralar qarşısında olacaq.
Telefon bazarında güclənən rəqiblərinin qarşısını kəsmək istəyən Applenin yeni telefonu iPhone 5-in daha sürətli, incə və daha geniş bir ekrana malik olması gözlənilir.
Yeni ilə qədər bazara çıxarılacaq telefon iPhone 4-ün populyarlığını keçməyə çalışacaq. Applenin iPone 4 modeli iyunun 25-dək 20 milyon ədəd satılmışdı.