Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “İnter” doğma meydanında “Rəvan”ı 3-0 hesabı ilə məğlub edib. Sözügedən qarşılaşma Azərbaycan milli komandasının forvardı Vüqar Nadirov üçün əlamətdar olub. Hücumçu “İnter”in heyətində ilk qolunu vurub. Vüqar qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib:
-“İnter”in heyətində ilk qolunu vurdun...
-Uzun müddətdir ki, oynamırdım. Çalışıram ki, oyundan-oyuna əvvəlki formamı bərpa edim.
-Bugünkü oyunla, ilk oyundakı nəticənin təsadüf olduğunu göstərdiniz...
-Təsadüf deməzdim. Ola bilər ki, uşaqlarda yorğunluq var idi. “Rəvan”a yuxarıdan-aşağı baxmırdıq. Bizə bu oyunda vacib qələbə lazım idi.
-Kubokun yarımfinalında sabiq komandanız “Qarabağ”la qarşılaşacaqsınız. Oyun sənin üçün nə qədər əhəmiyyətlidir?
-“Qarabağ”a qarşı oynamaq mənim üçün hər şey deməkdir. Bir ağdamlı kimi “Qarabağ”a qarşı oynamaq mənim üçün çətin olacaq.
-Hər dəfə “Qarabağ” adı eşidəndə sanki acıqlı danışırsan...
-Xeyr, mənim “Qarabağ”la heç bir problemim olmayıb. Qurban Qurbanovla bu günün özündə də münasibətim var. Sadəcə, bir ağdamlı kimi, “Qarabağ”a qarşı oynamaq çətin olacaq.
-Meydanda görünən odur ki, hələ də “İnter”ə uyğunlaşmamısan...
-Yavaş-yavaş olacaq. Birdən-birə Amerika yarana bilməz. İnşallah 4-5 oyundan sonra hər şey qaydasına düşəcək.
-“İnter” üçün kubok, yoxsa çempionat daha önəmlidir?
-“İnter” iki cəbhədə də mübarizə aparır. “İnter” uzun müddətdir kuboku qazana bilmir. Medallar üçün mübarizə aparacağıq.
-“İnter” və “Zirə”nin Avrokuboklara buraxılmaq şansı azdır. Bunu bilə-bilə oyunlara necə motivasiya olursunuz?
-Bu barədə düşünmürük. Meydana çıxdıqda yalnız oyunumuz barədə fikirləşirik. Mənim fikrimcə bu problem həll olunacaq və “İnter” növbəti ildə də Aərbaycanı Avrokuboklarda təmsil edəcək.
-“İnter”ə gəlməklə milli komandaya yolunun kəsildiyini düşünmürsüz?
-“Qəbələ”yə getməmişdən əvvəl “İnter” mənimlə maraqlanırdı. Amma mən “Qəbələ”yə keçməyi üstün tutdum. Buna, səhv addım deməzdim. Sadəcə, qismət bu idi. Buna da şükür.
Elsevər
Son xəbərlər
Son Xəbərlər