Bir ailənin 3 üzvü qəzaya düşdü - Fotolar

Bir ailənin 3 üzvü qəzaya düşdü
Oxunma sayı: 825

Goranboy sakinləri Yevlaxda qəzaya düşüb. 

“Qafqazinfo”nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralında qeydə alınıb. Hadisə zamanı “Mercedes” markalı minik avtomobili “KamAz” markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən minik maşını yararsız hala düşüb. 

Toqquşma nəticəsində minik maşınında olan 3 nəfər - Ülkər Nəbiyeva, Təhminə Nəbiyeva, Rauf Nəbiyev və yük maşının sürücüsü Nəcəf Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Zərərçəkənlərə tibb yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Qeyd edək ki, minik maşınında xəsarət alanlar bir ailənin üzvləri olan Goranboy rayon sakinləridir. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

Tural Hüseynli 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi