Bir ailənin 3 üzvünü bıçaqlayanlar saxlanıldı

bir-ailenin-3-uzvunu-bicaqlayanlar-saxlanildi
Oxunma sayı: 1834

Sentyabrın 17-də saat 3 radələrində Astara rayonunun Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə girmiş üç maskalı şəxsin onun atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Əzizovdan bıçaq aşkarlanaraq götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.