Bir ailənin 4 üzvü qəzada yaralandı

bir-ailenin-4-uzvu-qezada-yaralandi
Oxunma sayı: 647

Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza magistral yolun Goranboy rayonun Dəliməmmədli qəsəbəsindən keçən ərazisində baş verib. 

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Vüqarın idarə etdiyi “VAZ 21015” markalı avtomobillə 1982-ci il təvəllüdlü, Goranboy rayonu, Qaradağlı kənd sakini Mövlayev Borisin  idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
 
Qəza nəticəsində hər iki sürücü, həmçinin “VAZ 2106”-da olan sərnişinlər,  Qaradağlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Mövlayeva Sveta, 2006-ci il təvəllüdlü Mövlayeva Əfsanə, 2009-cu il təvəllüdlü Mövlayeva Aysel və 1985-ci il təvəllüdlü Cəfərov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
 
Mövlayeva Əfsanə və Mövlayeva Ayselin vəziyyəti normal, digərlərinin ki orta-ağır kimi qiymətləndirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.