Bir ailənin 5 üzvü qazdan zəhərləndi

bir-ailenin-5-uzvu-qazdan-zeherlendi
Oxunma sayı: 1302

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

"Qafqazinfo"nun məlumatına görə, şəhər sakinləri, 1982-ci il təvəllüdlü Vüsal Zeynalov, onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Elyanə Vəliyeva, onların övladları-2007-ci il təvəllüdlü Ayşə Zeynallı, 2008-ci il təvəllüdlü Ülvi Zeynallı, 2015-ci il təvəllüdlü Asiya Zeynallı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Ailənin vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, Zeynallı ailəsi yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Elmar Əli