Bir ailənin 5 üzvü qəzada yaralandı

bir-ailenin-5-uzvu-qezada-yaralandi
Oxunma sayı: 2069

Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun Çənlibel kəndindən keçən hissəsində hərəkətədə olan “Mercedes”lə digər maşının toqquşması nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alıblar.

Xəbəri rus dilində oxuyun: Вели Исрафилов завоевал золотую медаль на ЧМ

Onlar 2012-ci il təvəllüdlü Qəhrəmanlı Aydan Teymur qızı, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Ayan Teymur qızı, 2018-ci il təvəllüdlü Qəhrəmanlı İslam Teymur oğlu, 1989-cu il təvəllüdlü Qəhrəmanov Teymur Nəsimi oğlu, 1994-cü il təvəllüdlü Qəhrəmanova Dilşad Məzahir qızı, 1992-cı il təvəllüdlü Abdulayev Ruslan Zahid oğludur.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki qəzada yaralananlardan beş nəfəri bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli