Bir ailənin 5 üzvü qoyun ətindən zəhərləndi - Tovuzda

bir-ailenin-5-uzvu-qoyun-etinden-zeherlendi
Oxunma sayı: 2238

Tovuzda bir ailənin 5 üzvü qoyun ətindən zəhərlənib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Azadlı kənd sakini 1971-ci il təvəllüdlü Nizami Musayev, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Zərifə Əhmədova, oğlu 1995-ci il təvəllüdlü Rövşən, qızı 1994-cü il təvəllüdlü Lalə, nəvəsi 3 yaşlı Ömər zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Məlumata görə, ailə üzvləri qoyun əti yedikdən sonra zəhərlənmə əlamətləri hiss edərək xəstəxanaya müraciət ediblər.