Şəmkirdə bir ailə qidadan zəhərlənib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri, 1983-cü il təvəllüdlü Mərdan Mehdixanov, 1978-ci il təvəllüdlü Könül Məmmədova, 2008-ci il təvəllüdlü Zəhra Mehdixanova, 2011-ci il təvəllüdlü Leyla Mehdixanova, 2011-ci il təvəllüdlü Yusif Məmmədov və 2017-ci il təvəllüdlü Cümşüd Məmmədov zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətləri kafi qiymətləndirilir. Onların qidadan zəhərləndiyi bildirilir.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər