Bir ailənin beş üzvü qarpızdan zəhərləndi - Tovuzda

bir-ailenin-bes-uzvu-qarpizdan-zeherlendi
Oxunma sayı: 1668

Tovuzda qarpızdan zəhərlənmə olub.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini 1948-ci il təvəllüdlü Nəbi Məmmədəli, onun həyat yoldaşı Şirin, gəlini 1990-cı il təvəllüdlü Aygün, nəvələri 2013-cü il təvəllüdlü Aynur və 2011-ci təvəllüdlü Gülnur qarpızdan zəhərlənərək Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Nəbi Məmmədlinin vəziyyəti ağır digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.