Bir ailənin hamısı yaralandı - Ağır qəza

bir-ailenin-hamisi-yaralandi
Oxunma sayı: 2774

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdə rayon Bəciravan kəndində qeydə alınıb. 

Belə ki, "Mitsubishi"markalı minik avtomobili yolun digər tərəfi ilə,hərəkətdə olan "Zil"markalı yük maşını ilə toqquşub. Eyni istiqamətdə hərəkətdə  olan "Mercedes"markalı minik avtomobili də "Zil"ə çırpılıb.

Nəticədə, "Mitsubishi"markalı minik  avtomobilinin sürücüsü Fizuli rayon sakini 1982-ci il təvəllüdlü Ağayev Qorxmaz Kamal oğlu və sərnişinlər Fizuli rayon sakinləri 1991-ci il təvəllüdlü  Ağayeva Aygün Mahir qızı,2014-ci il təvəllüdlü Ağayeva  Gülay Qorxmaz qızı, 2015-ci il təvəllüdlü Ağayev Kamal Qorxmaz oğlu və 2019-cu il təvəllüdlü Ağayev Ayxan Qorxmaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Xəsarət alanlardan biri A.Ağayevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridi.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli