Bir ayda 14 nəfəri ilan sancdı

bir-ayda-14-neferi-ilan-sancdi
Oxunma sayı: 658

May ayının 1-dən bu günə qədər 14 nəfəri ilan sancıb.

"Qafqazinfo" xəbər verir ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a bildirib ki, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb, ölüm halı qeydə alınmayıb.  İlan sancma halları əsasən Bakıətrafı qəsəbələrdə  baş verib.

A.Maqsudov qeyd edib ki, bu müddət ərzində əqrəb sancması ilə bağlı 3, qaraqurd sancması ilə bağlı isə 1 müraciət daxil olub.