Bir ayda 61 nəfəri gün vurub

bir-ayda-61-neferi-gun-vurub
Oxunma sayı: 719

İyulun 1-dən avqustun 1-dək ölkə üzrə 61 nəfər günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib.
 

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Nazirlik rəsmisi bildirib ki, müraciət edənlərdən 20 nəfəri xəstəxanaya yerləşdirilib: “Ölüm faktı yoxdur. Xəstəxanaya aparılanlar isə həmin gün müayinə olunaraq evə buraxılıblar”.