“Bir az maaşla o kadrlardan istifadə edə bilərik”

“Bir az maaşla o kadrlardan istifadə edə bilərik”
Oxunma sayı: 2305

“Rezidentlərə 350 manat əməkhaqqı verilir. Əslində isə bu, Prezident İlham Əliyev tərəfində ayrılan təqaüddür. Həmin şəxslərin xəstəxanada işləməsi üçün onlarla əmək müqaviləsi bağlanmalıdır və Əmək Məcəlləsinə görə həftəlik 40 saat müqabilində ən azı baza əməkhaqqı verilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Rəşad Mahmudov Milli Məclisin Səhiyyə komitəsinin iclasında deyib.

Deputat bildirib ki, buna görə də rezidentlər başqa ölkələrdə perspektiv ardınca gedir: “Halbuki biz az maaşla keyfiyyətli kadrlardan istifadə edə bilərdik”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, rezidentlərin çalışması üçün ayrılan xəstəxanaların sayı azaldılacaq:

“Bununla bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar olub. Hər xəstəxanaya rezident göndərmək olmaz. Əvvəl bu məsələ ilə bağlı 31 xəstəxana nəzərdə tutulmuşdu. Həmin say azaldılacaq. İmkanları məhdud olmayan xəstəxanalar rezidentləri qəbul etməlidir”.

Zaur Mirzə