Bu gün Rəşid Behbudov adına mahnı teatrında rəqqasə Fatimə Fətəliyevanın “Novruz sevincləri” adlı konserti olub.
“Qafqazinfo”nun məlumatına görə, konsertdə Fatimənin tələbələri səhnədə öz bacarıqlarını nümayiş etdiriblər.
Konsertin sonunda F. Fətəliyeva “Qafqazinfo”ya təəssüratlarını bölüşüb: “Açığı bu gün mənim üçün çox maraqlı, ağır bir gün oldu. Çünki üzərimdə çox böyük bir məsuliyyət var idi. Sənət dostlarımla yanaşı bu gün səhnədə daha çox tələbələrim öz məharətlərini göstərdilər. Düşünürəm ki, gözəl bir konsert keçdi. Zal tam dolmuşdu. İnşallah belə gecələri daha böyük konsert zallarında təşkil edəcəyik”.
Müğənni Rüfət Axundovun isə gecədə maraqlı açıqlama verib: “Bir müddət sonra onu müğənni kimi də sözünü deyən görəcəksiniz. Çünki Fatimə ilə duet yazdırırıq. Həmin mahnını yaxın müddətdə təqdim edəcəyik”.
Fotolar: Nuran






Son xəbərlər
Son Xəbərlər