“Bir azdan nəvələrimi qoyacağam Quranı öyrənsinlər” - Video

bir-azdan-nevelerimi-qoyacagam-qurani-oyrensinler
Oxunma sayı: 3688

“Analar var ki, harınlığından, öz həyatı, kefi, eyş-işrət üçün balalarını atır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Bizimləsən” proqramında müzakirə olunan sosial mövzuya münasibət bildirərkən deyib.

“Yalandan obraza girən analar gördüm, lənət olsun elələrinə. Allah da, biz də elə ananı lənətləyirik. Pişik-pişikliyi ilə balasını atmır. Bu qız nələrə tab gətirib. Amma uşaqlarını atmayıb. Analıq hissini Allah adama verir. Bədbəxt o adamdır ki, analıq hissi yoxdur. Şeytandır o...”, - deyə o əlavə edib.

İsgəndərli, həmçinin nəvələrindən danışıb: “Bir azdan nəvələrimi qoyacağam Quranı öyrənsinlər. Allah tanısınlar”.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və gəlini Canana rəsmi şəkildə boşanıb.  3 uşaq anadan alınıb ataya verilib. Apellyasiya məhkəməsində uşaqlar anaya qaytarılıb. Canana isə hələ də prosesin uzandığını, uşaqlarının ona verilmədiyini bildirib. 

Həmçinin oxuyun: Azərbaycanlı “Range Rover”lə Türkiyədə qayda pozdu - Cəriməsi traktora yazıldı