“Eurovision-2011” qalibi Nigar Camal Sevgililər Günündə fanatlarına hədiyyə edib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi “Gəl, qucaqla məni” adlı klipini rəsmi yutub kanalında paylaşıb.
“Bu gün bütün dünyada Sevgililər Günü kimi qeyd edilir. Düşünürəm ki, sevgini ən gözəl ifadə etməyin yollarından biri də qucaqlaşmaqdır. Qucaqlaşarkən beyin endorfin istehsal edir. Qucaqlayıb gözlərimizi yumuruq, sanki dünyanın xoşbəxti bizik. Mən hər kəsə sevdiyini və ona layiq olan insanı tapmağı arzu edirəm. Bayramınız mübarək! Sevin, sevilin! Bu mahnı da məndən sizə bayram hədiyyəsi olsun. Bir-birinizi tez-tez qucaqlayın! İnsanın ömrü uzanır. Mən demirəm, alimlər belə deyir!”, - N.Camal yeni layihəsi haqda deyib.
Son xəbərlər
Son Xəbərlər