Deputat Sahib Alıyev Milli Məclisdə Tərtərdə müharibə zamanı dağıdılmış evlərlə bağlı məsələni qaldırıb.
“Qafqazinfo”nun məlumatına görə, S. Alıyev qeyd edib ki, dəyən zərər qiymətləndirilərkən bir çox strukturlar ədalətsizliyə yol verirlər: “Ödəniləcək kompensasiyanı da bir çox ailə ala bilməyib. Tərtər adətən ən çox qaçqın və məcburi köçkün qəbul edən rayondur.
Onların bir çoxu başqa yerlərdə yaşamağa məhkum olub. Dövlətimizin bütün diqqəti azad edilmiş ərazilərdədir. Mən təklif edirəm ki, elliklə dağıdılmış evlərlə bağlı hərəkətə keçək, buna baxan bir fond yaradılsın. Həmin məsələdə də dəmir yumruq olduğumuzu sübut etməliyik”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər