"Qafqazinfo" xəbər verir ki, Razi Nurullayev bildirib ki, Sabirabadda xəstəxana direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə pul "alver"i etdiyi barədə video yayılıb:
"Artıq Səhiyyə Nazirliyi komissiya yaradıb. Yəqin ki, sübut olduğuna görə Vüsal Məmmədov saxlanılacaq, işdən qovulacaq və s.
Amma, məgər bu yalnız bir dəfə baş verən hadisədir?
Məgər Azərbaycanda rüşvətsiz dünyaya gələn insan varmı? Elə bir ailə varmı ki, onlar doğuş zamanı 500 AZN-dən 1500 AZN-ə kimi rüşvət verməsinlər?
Bir dənə rüşvətsiz dünyaya gələn körpə tapmaq olarmı? Xeyr.
Varsa deyin. Pulsuz verilən dərmanlar da xəstələrə verilmir. Sadəcə satılır və mənimsənilir.
Səhiyyə sistemində çox böyük rüşvət var. Bir dənə olsun cərrahi əməliyyat pulsuz keçirilmir. Səbəbi isə aydındır: həkim qəpik-quruş alır. O əmək haqqına gözünü tiksə, həm özü, həm də ailəsi acından ölər.
Səhiyyə sistemində çox ciddi islahatlara ehtiyac var. Birinci islahat tibbi sığorta (tibbi polis) sisteminin həyata keçirilməsi ola bilər.
Buna görə də mən heç bir həkimi qınamıram. O da yaxşı yaşamaq istəyir. O da pul qazanmaq istəyir. Amma, 100 AZN - 300 AZN arası əmək haqqına ailə saxlamaq olarmı?
Əslində, çıxış yolları da var. Adı pulsuz, özü pullu olan xəstəxanaları pullu xidmətə keçirmək lazımdır. Elə götürək bu baş veərn hadisəni. Uşaq dünyaya gətirən valideynlər 500-1500 AZN arası rüşvəti onsuz da verirlər. Elə qanunla hər bir valideyn 250-300 AZN qanuni yolla pul köçürməyə razı olar. Bu vəsait də həkimlər arasında şəffaf bölünər. Xəstəxanının ehtiyaclarına xərclənər. Yoxsa, adını qoy pulsuz, amma, özəl xəstəxanadna bəzən çox pul xərclə.
Bu yazdıqlarım o qədər çılpaq həqiqətlərdir ki, heç kim təkzib etməyə qalxmasın.
Son xəbərlər
Son Xəbərlər