Türkiyədə 70 yaşlı kişi altı uşağı ilə birgə yanaraq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Türkiyənin Gaziantep şəhərində baş verib. Məlumata görə yanğın hadisəsi yerli vaxtla 04:30-da baş verib. Evdə olan 70 yaşlı Mehmet Emin Bakır 56 yaşındakı həyat yoldaşı Naciyə Bakır və 6 uşağı ilə birgə yanıb.
Hadisə yerinə tibbi təcili yardım və yanğınsöndürmə dəstəsi cəlb edilib.
Ailə üzvlərindən yalnız ana Naciyə Bakırın həyatını xilas etmək mümkün olub. Hadisənin səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər