Bir fotoya görə Lopezdən 150 min tələb olunur

bir-fotoya-gore-lopezden-150-min-teleb-olunur
Oxunma sayı: 2274

Müğənni Cennifer Lopez məhkəməyə verilib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb sənətçinin 2017-ci ildə sosial şəbəkədə paylaşdığı fotodur. 

Pop ulduz 2 il əvvəl rəsmi səhifəsinin hekayə bölməsində sevgilisi Alex Rodriguezlə fotosunu yayıb. Şəkil cütlük Nyu-York küçələrində gəzərkən çəkilib. Lakin CeyLo paylaşımda müəllifi qeyd etməyib. 

Fotonun onlara aid olduğunu iddia edən “Splash” xəbər portalı sənətçidən şikayətçi olub. Portal məhkəməyə müraciət edərək qarşı tərəfdən 150 min dollar tələb ediblər.