Türkiyə Kubokunun 1/4 final mərhələsində “Alanyaspor”la qarşılaşan “Qaziantep” klubunun çalışdırıcısı Erol Bulut verdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, o, Alanya klubunda çalışdığı vaxtlarda rəhbərliyi altında oynayan Tayfur Bingölün qol vurduqdan sonra etdiyi hərəkətlərə şərh verib:
““Alanyaspor”da çalışdığım vaxtlarda bir futbolçunu heyətdən kənarlaşdırmışdım. Bu gün nə qədər haqlı olduğumu gördüm. Adını çəkmək istəmirəm. 20 il futbol oynadım, 4 ildir məşqçiyəm və həyatımda çox yaxşı futbolçular gördüm. Amma bir futbolçu xaraktersizliyini ancaq bu qədər göstərə bilərdi”.
Qeyd edək ki, “Alanyaspor” – “Qazientep” matçının 74-cü dəqiqəsində qol vuran meydan sahiblərinin futbolçusu Tayfur Bingöl rəqibin ehtiyat oyunçular skamyasına yaxınlaşaraq qeyri-etik hərəkətlər edib. Qarşılaşma “Alanyaspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər