“Qafqazinfo” xəbər verir ki, 0-0 hesabı ilə bitən matçın ardından “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib. Qurbanov oyundan qabaq olduğu kimi bu dəfə də stadionun ot örtüyündən narazı qalıb: “İstəyirdik ki, ilk oyunda qalib gələk, lakin alınmadı. Futbolçularımız çox əziyyət çəkdilər. Ancaq bəziləri verilən tapşırıqları yerinə yetirə bilmədilər. Bir futbolçunun-Çumbinyonun olmaması bütün planlarımızı dəyişdi. Stadion da istənilən vəziyyətdə deyildi. Bu hər iki komandaya çətinlik yaratdı"
Qeyd edək ki, “Qarabağ” “Tvente” ilə 1 həftədən sonra Hollandiyada cavab matçına çıxacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər