Musiqi dünyasının ən prestijli mükafatlarından biri sayılan “Billboard” dünən gecə Los-Ancelesdəki Microsoft Teatrında baş tutub.
“Qafqazinfo” xəbər verir ki, gecənin aparıcısı Nik Conas olub. Mükafatlandırma mərasimindən əvvəl qırmızı xalça paradı təşkil edilib.
16 kateroqiyada yarışan The Weeknd gecəni “İlin artisti” də daxil olmaqla 10 mükafat qazanaraq tərk edib.
.jpg)
Teylor Svift “İlin qadın müğənnisi” seçilib.
İrqçi ifadələrinə görə müzakirələrə səbəb olan və sonra üzr istəyən müğənni Morqan Vallen “ən yaxşı ölkə müğənnisi” mükafatı da daxil olmaqla bir çox nominasiyada qalib olub. Sənətçinin “Billboard”a çıxması qadağan olunsa da, altı kateqoriyada namizəd göstərilib.
Kanadalı müğənni Drake “10 ilin sənətçisi”, Pink “İlin ikonu”, BTS “İlin qrupu”, Pop Smoke “Ən yaxşı yeni sənətçi”, Ledi Qaqa “İlin elektronik müğənni”si seçilib.








Son xəbərlər
Son Xəbərlər