Bir gecədə 11 maşının şüşəsini sındırıb - Saxlanıldı

bir-gecede-11-masinin-susesini-sindirib
Oxunma sayı: 1802

Xətai rayonunda bir gecədə 11 avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Gəncə şəhər sakini Nicat Qasımzadə N.Əliyev küçəsində cinayət başında tutulub.

Onun bir gecədə 11 avtomobilin şüşəsini sındırdığı məlum olub. N.Qasımzadə qeyd edilən cinayətləri paytaxt sakini Ceyhun Abbasovla birlikdə törətdiyini bildirib. Qeyd edək ki, Ceyhun Abbasov bir neçə ay əvvəl analoji cinayətlər etdiyi üçün polislər tərəfindən saxlanılsa da, həmin vaxt yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri avtomobillərin salonlarından əsasən pul və digər qiymətli əşyalar oğurlayıblar. Onlar şüşəsi sındırılan nəqliyyat vasitələrinin birinin salonundan isə 1000 manat ələ keçiriblər. Dəstə üzvləri bir neçə gün əvvəl də Xətai rayonun digər küçələrində də avtomobillərin şüşələrini sındıraraq oğurluqlar etdikləri məlum olub.