Bir gecədə 2 zəlzələ - Binalar uçdu, 4 nəfər yaralandı

bir-gecede-2-zelzele
Oxunma sayı: 3546

Albaniyada bir gecədə iki dəfə zəlzələ baş verib.

"Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, əvvəlcə ölkənin cənub-şərq hissəsi silkələnib. Burada zəlzələnin gücü 5,3 bal olub. 7 dəqiqə sonra isə təkanlar Yunanıstanla Şimali Makedoniya ilə sərhəd ərazilərdə hiss olunub. 

Hadisə nəticəsində yüzlərlə binaya ziyan dəyib, 4 nəfər xəsarət alıb. 50 ailə təhlükəli ərazilərdən evakuasiya olunub.